Təbriz klubları yeni mövsümə xal itkisi ilə başladı


İdman 29 İyl 2018 11:29:00 331 0

Təbriz klubları yeni mövsümə xal itkisi ilə başladı

Futbol üzrə İran çempionatında yeni mövsümə start verilib. Goal.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da 2018/19 mövsümündə ilk matçlarına çıxıblar.

Təbrizin daha məşhur Traktorsazi klubu səfərdə Naft Masjed Soleiman-la qarşılaşıb. Xəzər Lənkəran-ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı Təbriz təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb.

“Göstəriş” isə doğma meydanda Esteghlal Xuzestanla qarşılaşıb. Təbriz klubu sonda meydanı 1 xalla tərk edib – 1:1.