Sabah Türkiyədəki son matçını da heç-heçə ilə baş vurdu


İdman 29 İyl 2018 10:30:00 240 0

Sabah Türkiyədəki son matçını da heç-heçə ilə baş vurdu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Sabah hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Goal.az xəbər verir ki, rəqib Türkiyə Super Liqa təmsilçisi Alanyaspor olub. Topuk yaylası idman kompleksinin meydançasında keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.Hesabı 13-cü dəqiqədə Super Liqa klubu açıb. Amma Sabah 83-cü dəqiqədə Elgün Nəbiyevin vurduğu qolla hesabı bərabərləşdirməyi bacarıb.

Sabah Bolu toplanışı çərçivəsində keçirdiyi əvvəlki görüşlərdə Giresunspor (1:1), Osmanlıspor (1:1) və Sancaktepe Bələdiyyespor (2:2) klublarıyla üz-üzə gəlib.

Sabah oyuna bu heyətlə çıxıb: Saşa Stamenkoviç, Eltun Turabov, Məqsəd İsayev, Kərim Diniyev, Erik Ramos, Vadim Abdullayev, Tərzin Cahangirov, Elşən Abdullayev, Vanderson, Vitali Kvaşuk, Cavid İmamverdiyev.

Ehtiyat oyunçular: Tərlan Əhmədli, Novruz Məmmədov, Ricat Qarayev, Elvin Həsənəliyev, Ülvi İbazadə, Elgün Nəbiyev, Elvin Bədəlov, Tural Qürbətov, Bəxtiyar Soltanov