TibilisiBakı qatarı yolda qaldı


Digərləri 29 İyl 2018 10:06:00 247 0

TibilisiBakı qatarı yolda qaldı

Dünən axşam saat 20:35-də Tbilisidən Bakıya yola düşən sərnişin qatarı hələ də Bakıya çatmayıb.

Son.az lent.az-a istinadən bildirir ki, qatar təxminən 4 saatlıq gecikmə ilə hərəkət edir. Məlumata görə, Böyük Kəsik stansiyasında elektrik verilişində baş vermiş ayrılma səbəbindən qatar xeyli ləngiyib.

Azərbaycan Dəmir Yolları Qapalı Cəmiyyətindən Lent.az-a bildirilib ki, Tbilisi-Bakı qatarı saat 12:00-da mənzil başına çatacaq.