“İnkar edən yalan deyir”


Digərləri 29 İyl 2018 09:20:00 274 0

“İnkar edən yalan deyir”

Müğənni Songül Karlı ötən gün kameraların hədəfinə tuş gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı alış-veriş mərkəzlərindən birində görüntülənib. Müğənni jurnalistlərin estetik əməliyyatla bağlı suallarına cavab verib və bu sözləri deyib:

"Plastik əməliyyat etdirmişəm. Kamera qarşısına çıxan hər kəs əməliyyat etdirir. "Mən etməmişəm" deyib inkar edən varsa, inanmayın. Çünki yaş keçdikcə ehtiyac olur. Ekran qarşısında olan hər kəsin ehtiyacı var".