Şamaxı sakini Hacıqabulda özünə qəsd etmək istədi


Digərləri 29 İyl 2018 09:08:00 293 0

Şamaxı sakini Hacıqabulda özünə qəsd etmək istədi

Şamaxı sakini qolunu doğramaqla özünə xəsarət yetirib. 

Son.az report.az-a istinadən bildirir ki, rayonun Məlhəm kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Qabil Sabiroğlu gecə saatlarında Hacıqabul şəhərində tanımadığı şəxslər tərəfindən izlənildiyini görüb. O, əlini yaxınlıqdakı avtomobilin ön şüşəsinə çırpıb. 

Nəticədə Q. Həsənov ciddi xəsarətlər alıb. O, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.