Kür və Arazda çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən monitorinqin NƏTİCƏLƏRİ


Digərləri 29 İyl 2018 08:36:00 257 0

Kür və Arazda çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən monitorinqin NƏTİCƏLƏRİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib.

Monitorinqin nəticələri ilə bağlı Son.az-a verilən məlumata görə, iyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 2 m3/san artaraq 121 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.