Böyürtkən yığmağa gedən ana və övladı yıxılaraq xəsarət alıb


Digərləri 29 İyl 2018 08:22:00 289 0

Böyürtkən yığmağa gedən ana və övladı yıxılaraq xəsarət alıb

Qusarda böyürtkən yığmağa gedən ana və övladı yıxılaraq xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, su arxının üstündəki ağac körpünün sınması nəticəsində Qusar rayon Çiləgir kənd sakinləri - 1999-cu il təvəllüdlü Aydayeva Ceyran Kamal qızı və anası, 1972-ci il təvəllüdlü Aydayeva Sevilə Xanmurad qızı bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu ilə Qusar MRX-nın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onların bir neçə gün orada müalicədən sonra ambulator müalicə üçün evə buraxılacaqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.