Yaşlı qadın dəm qazından zəhərlənib


Digərləri 29 İyl 2018 07:41:00 216 0

Yaşlı qadın dəm qazından zəhərlənib

Sabirabadda 82 yaşlı qadın dəm qazından zəhərlənib. 

Son.az APA-ya istinadən bildirir ki, Sabirabad şəhər sakini, 82 yaşlı Savçenko Nina Qriqoryevna vanna otağında olarkən dəm qazından zəhərlənib. Yaşlı qadın qonşuların köməyi ilə vanna otağından çıxarılaraq Sabirabad xəstəxanasına çatdırılıb.

Hazırda onun vəziyyəti orta ağırdır.