Qapı arxasında köməksiz qalan vətəndaş huşsuz vəziyyətdə aşkar olunub


Digərləri 29 İyl 2018 07:35:00 270 0

Qapı arxasında köməksiz qalan vətəndaş huşsuz vəziyyətdə aşkar olunub

Sabirabadda bir nəfər qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatmışdır.