İslamda etikaf nədir və onun hansı şərtləri vardır


Digərləri 28 İyl 2018 23:50:00 381 0

İslamda etikaf nədir və onun hansı şərtləri vardır

"Etikaf" sözünün lüğəti mənası bir yerdə qalmağa, durmağa deyilir. İslam fiqhində işlənmə yeri və mənası isə bir şəxsin 3 gündən az olmamaq şərti ilə, xüsusi göstəriş üzrə məsciddə qalıb ibadətlə məşğul olmağ mənasındadır.

"Etikaf bir müstəhəb əməldir ki, nəzir, əhd və ya and içmək yolu ilə insana vacib olur. Şəri etikaf odur ki, bir şəxs Allaha yaxın olmaq qəsdi ilə məsciddə qala, namaz və dua kimi ibadətlərlə məşğul ola." - Ayətullah Sistanı.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, etikafın bir neçə məxsus şərti vardır:

1-Etikafda olan şəxs aqil (ağlı başında)

2- Allaha yaxınlıq qəsdi ilə olmalıdır (qürbətən iləllah)

3- Üç gündən az olmasın və ardıcıl olsun. Həmçinin etikafda olan şəxs oruc olmalıdır.

4- Birinci günün sübh əzanından qabaqdan 3-cü günün məğrib əzanına qədər məsciddə olsun

5- Heç bir şəri və əqli üzr olmadan məsciddən çıxmasın (ayaq yoluna getmək kimi istisna hallar)

6- Gərək qaldığı məscid ya bu 4 məsciddən biri (Məscidul-həram, məscidi peyğəmbər (s), Qüdsdə olan məscidul-əqsa və Kufə məscidi) olsun, ya da şəhər cameə məscidi olsun. (Cameə məscidi- bayramların qılındığı böyük şəhər məscidlərinə deyilir).

7- Əziyyət olmasın deyə övlad ata-anadan, qadın isə həyat yoldaşından icazə almalıdır.