Ağdaş sakini Mingəçevir çimərliyində ağır xəsarət alıb


Digərləri 28 İyl 2018 23:53:00 294 0

Ağdaş sakini Mingəçevir çimərliyində ağır xəsarət alıb

Mingəçevir çimərliyində 20 yaşlı gənc başından xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Mingəçevir su anbarı hövzəsindəki çimərlikdə baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Ağdaş rayon sakini Kərimov Orxan Əfqan oğlu suya atılarkən başı naməlum əşyaya çırpılıb. Nəticədə o, təpə nayihəsindən ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.