“Ya Əli (ə) mənə tövsiyə ver!” deyən şəxsə heyrətamiz nəsihət


Digərləri 28 İyl 2018 23:40:00 328 0

“Ya Əli (ə) mənə tövsiyə ver!”  deyən şəxsə heyrətamiz nəsihət

Həzrət Əli (ə) tarixin misli görünməmiş bir şəxsiyyətidir. Hər kəs axtardığı bütün müsbət xüsusiyyətləri o Həzrətdə (ə) müşahidə edə bilir. Yəni hər kəs Onua öz baxış prizmasından baxdıqda, görmək istədiyini görə bilir. Çünki o Həzrət (ə) kamil insan idi. Kamil obraz da insanlığı bütün kriteriyalarda (sahələrdə) təmsil edir. Yəni o Həzrət bir aynadır ki, hər həs axtardığını onda tapa bilir. Alim, arif, aşiq, filosof, rəhbər, sərkərdə, qazı, insanlığa aid hansı keyfiyyəti axtarsan, onu ən üstün şəkildə Əlidə (ə) taparsan. Çünki o Həzrət (ə) elmini Allahdan almış kamil bir insan nümunəsidir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Nouf adlı bir şəxs deyir möminlərin əmiri (ə) Kufə məscidinin qarşısında idi. O Həzrətə (ə) yaxınlaşıb salam verdim və dedim:

-Ey Əmirəl-möminin mənə nəsihət et!

Buyurdu: -"Allahın salamı və bərəkəti olsun sənə ey Nouf!

Gözəl şəkildə davran ki, səninlə də gözəl şəkildə davransınlar."

Nouf: -Əlavə et, ey möminlərin əmiri!

İmam (ə): -Rəhm et ki, rəhm olunasan ey Nouf!

Nouf: -Əlavə et, ey möminlərin əmiri!

İmam (ə): -Xeyirli sözlər danış ki, xeyirlə yad ediləsən ey Nouf!

Nouf: -Əlavə et, ey möminlərin əmiri!

İmam (ə): -Qeybətdən çəkin ey Nouf! Həqiqətən qeybət edən cəhənnəm itlərinin yağlı tikəsidir.

Ey Nouf! İnsan özünün halaldan dünyaya gəldiyini güman edir, halbuki qeybətlə insanların ətini yeyir!