"Jara2018" Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında konsert olub FOTO


Digərləri 28 İyl 2018 23:16:00 254 0

"Jara2018" Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında konsert olub  FOTO

"Jara-2018" Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları ilə davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, festival çərçivəsində iyulun 28-də Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olub.

Konsertdə Rusiyanın tanınmış ulduzları ilə yanaşı, yerli müğənnilər də iştirak ediblər. Konsert proqramında təqdim olunan bir-birindən maraqlı ifalar paytaxt sakinlərində və şəhərimizin qonaqlarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Möhtəşəm ifa nümayiş etdirən müğənnilər konsertdə öz vokal imkanlarını təqdim edərək musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut ediblər.