Qusar sakini intihar edib


Digərləri 28 İyl 2018 23:27:00 291 0

Qusar sakini intihar edib

Qusar rayonunda intihar hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Ləyər kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Ramazanov Yusif  Süleyman oğlu bit əleyhinə kimyəvi preparat içərək intihar edib.

Qohumlarının sözlərinə görə, Y.Ramazanov on gün əvvəl həyat yoldaşından ayrılıb. Onun depressiya vəziyyətinə düşərək intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.