Ankaradan ABŞa xəbərdarlıq


Dünya 28 İyl 2018 23:03:00 283 0

Ankaradan ABŞa xəbərdarlıq

ABŞ Ankaranın narahatlığına səbəb olan məsələlərə anlayışla yanaşarsa, Türkiyəylə münasibətlərini xilas edə bilər.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda "Daily Sabah" qəzetində Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın yazıb.

"Münasibətləri xilas etmək və onları yeni səviyyəyə çıxarmaq olar. ABŞ administrasiyası bunun üçün təhlükəsizliyin təmin olunması planında Ankaranın narahatlığına səbəb olan məsələlərə anlayışla yanaşmalıdır. Türkiyə NATO üzrə müttəfiqin hərəkətlərinə məhəl qoymaya bilməz. Bu hərəkətlər həm ölkə daxilində, həm də xaricində Türkiyənin milli təhlükəsizliyini hədələyir. Türkiyənin ünvanına səsləndirilən təhdidlər işləməyəcək, yalnız ikitərəfli münasibətlərə zərər gətirəcək", - Kalın qeyd edib.

Prezidentin sözçüsü həmçinin xatırlatdı ki, son illərdə Birləşmiş Ştatların hərəkətləri Türkiyəylə strateji münasibətlərə ciddi zərər verib.