Abşeron sakinini qaynı qətlə yetirdi


Digərləri 28 İyl 2018 22:34:00 235 0

Abşeron sakinini qaynı qətlə yetirdi

Abşeronda qaynı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, Abşeron rayon sakini, 1976-cı il təvəllüdlü Abbasov Müşviq Zakir oğlu yaşadığı Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində qaynı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.