Şəkərin öldürücü dozası


Digərləri 28 İyl 2018 22:10:00 256 0

Şəkərin öldürücü dozası

Kolumbiya universitetinin alimlərinin araşdıraraq gəldikləri qərara əsasən, çaya əlavə olunan iki qaşıq yarım şəkər tozu siyanid demensiya (hafizə, düşüncə, davranış pozğunlu) və alzheimer xəstəliyinin yaranma riskini artırir.

Son.az deyerler.org-a istinadən bildirir ki, alimlərin apardıqları tədqiqatlarının nəticələri, Çikaqoda yerləşən Alzheimer xəstəliyi ilə mübarizə üzrə Beynəlxalq Assosiasiya Konfransında təqdim olunmuşdur.

Müşahidə prosesində, ilk vaxtlarda demensiya əlamətləri sezilməyən 2226 insan iştirak edib. Müşahidə əsnasında iştirakçılar, qıdalara, içkilərə əlavə etdikləri şəkər miqdarını göstərirdilər. 7 il aparılan tədqiqat ərzində, 429 nəfərdə alzheimer xəstəliyinin inkişaf etməsi müşahidə olunub. Hər gün istifadə etdiyi qidaya 30,3 qr şəkər əlavə edən insanlarda siyanid demensiya (hafizə, düşüncə, davranış pozğunlu) riski, gündəlik 5,8 qr şəkər istifadə edən insanlarla müqayisədə 33% artıqdır.