Allahın rəhməti hər kəsə şamildir ayəsini necə anlayaq?


Digərləri 28 İyl 2018 21:55:00 241 0

Allahın rəhməti hər kəsə şamildir ayəsini necə anlayaq?

Şəni uca olan Mütəal Allah külli aləmin Xaliqi və Malikidir. Bütün aləm Allahın rəhməti ilə bərqərardır. Yəni hər bir şey ilahi rəhmətdən nəşət tapmışdır.

Qurani Kərimdə Əraf surəsində buyrulur: "Mərhəmətim hər şeyi ehtiva etmişdir." (156)

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, ayəyə geniş izah gətirmək üçün bu barədə Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlanıb:

Sual: "Allahın rəhməti hər şeyi əhatə etmişdir" ayəsində məqsəd nədir? Bunun xüsusi şərti varmı?

Cavab:

Mətləbə aydınlıq gətirmək üçün Quranın özünə müraciət edək. Əraf surəsinin 156-cı ayəsində buyrulur:

"(Allah) buyurdu: 'İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!"