Cəlilabadda kəndli döyüldü
Digərləri 28 İyl 2018 21:34:00 253 0
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Belə ki, kənd sakini 1984-cü il Əliyev Zaur Məhəbbət oğlu kütləvi dava zamanı döyülüb. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Z.Əliyevin sözlərinə görə, o, tanıdığı şəxslər tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az