Sumqayıtda avtomobil 61 yaşlı qadını vuraraq öldürüb


Digərləri 28 İyl 2018 21:37:00 254 0

Sumqayıtda avtomobil 61 yaşlı qadını vuraraq öldürüb

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı 61 yaşlı qadın dünyasını dəyişib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə 6-cı mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Orucova Mömünə Ağacan qızı 6-cı mikrorayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, qadın orada dünyasını dəyişib.

Hadisə yerindən qaçan sürücü isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.