Enerji şəbəkəsinə qoşulma haqqı dəqiqləşdi VİDEO


Digərləri 28 İyl 2018 21:13:00 360 0

Enerji şəbəkəsinə qoşulma haqqı dəqiqləşdi  VİDEO

Məişət abonentlərinin elektrik enerjisi şəbəkəsinə qoşulması üçün Nazirlər Kabineti yeni qaydaları təsdiqləyib.

Xezerxeber.az-ın məlumatına görə, fərdi ev və obyektə sahib olan şəxslər 20 kilovata qədər elektrik enerjisi olan şəbəkəyə qoşulmaq üçün nə qədər vəsait ödəməli olduqları müəyyənləşib. Belə ki, 5 kilovata qədər olan enerji üçün nisbətən az, 5 kilovatdan yuxarı isə daha yüksək məbləğ ödənilməlidir.

Bu qayda, əgər abonentlər elektrik təchizatı şəbəkələrinə 400 metr məsafədə yerləşirsə keçərlidir. Daha uzaq məsəfələr üçün abonentlərdən əlavə vəsait tələb oluna bilər.

"Azərişıq" ASC-nin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, elektrik şəbəkəsinə qoşulmada konkret məbləğ və enerji göstəricilərinin göstərilməsi, eyni zamanda, bu vəsaitlərin qurumun elektron hesabına köçürülməsi, şəffaflığın təminatında böyük rol oynayacaq.


Xəbərə aid video