Livanda marixuana leqallaşdırıla bilər


Digərləri 28 İyl 2018 21:05:00 271 0

Livanda marixuana leqallaşdırıla bilər

Livanlı millət vəkili marixuananın tibbi məqsədlər üçün istifadəsini leqallaşdıran qanun layihəsi təqdim edib.

Associated Press-ə müsahibə verən Antoine Habçi bildirib ki, marixuana satışından əldə olunan gəlirdən narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsində istifadə etmək olar.

''Bizim təklif etdiyimiz plan alternativ tibbi marixuananın yetişdirilməsi və eyni zamanda bundan əldə edilən qazancdan narkotiklərdən asılılığı olan insanların müalicəsinə yardımı nəzərdə tutur'' - deyə, Livan parlamentinin vəkili qeyd edib.

Habçi bildirib ki, qanun layihəsi çərçivəsində marixuananın yetişdirilməsinə şəkildə nəzarət ediləcək.