Quran insanın yaradılış mərhələlərini birbir belə bəyan edir


Digərləri 28 İyl 2018 20:55:00 1381 0

Quran insanın yaradılış mərhələlərini birbir belə bəyan edir

Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir. Quran ayələri zamanla və elim inkişaf etdikcə daha da aydınlaşır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Quranın işarə etidyi və zamanla təcrübələrin əldə etdiyi məsələlərdən biri də insanın yaradılış mərhələsidir. Bu yaradılış Quranda bir neçə mərhələdə bəyan edilmişdir.

"Həcc" surəsinin 5-7 ci ayələrinə diqət etdikdə bu yaradılış mərhələsi daha aydın nəcərə çarpır:

Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar.

(Ey insan!) Sən, yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.

Bu (yaradılış) ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir! (Həcc - 5,7)

1-ci mərhələ:

Birinci mərhələ torpaq mərhələsidir. Mümkündür bu yaradılışdan Hz. Adəm nəzərdə tutulmuş olsun. Yaxud, insanın ilkin yaradılışnda mühüm olan nütfənin (sperma) torpaqdan süzülüb yarandığı nəzərdə tutulsun. Beləki nütfə yediyimiz qidalardan süzülüb yaranır, qidalar da ki, təbii ki torpaqdan yaranır.

2-ci mərhələ:

İkinci mərhələ nütfə mərhələsidir. Bu nütfənin hasil olması mərhələsi və ana bətnində qərar tutması mərhələsidir. Beləki milyonlarla spermin mübarizəsi nəticəsində yalnız biri və ya bir neçəsi yaşamaq haqqı əldə edir.

3-cü mərhələ: Nütfənin ələqəyə çevrilməsi mərhələsidir ki, yaşamaq haqqı əldə edən nütfə ana bətninə yapışıb tədricən "ələqəyə"- laxta qana çevrilir.

4-cü mərhələ: