Bakıda mənzildə meyit tapılıb


Digərləri 28 İyl 2018 19:54:00 223 0

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Minliko İbova Yakobovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.