Vəhabiliyin Allah barəsində olan etiqadı


Digərləri 28 İyl 2018 19:55:00 269 0

Vəhabiliyin Allah barəsində olan etiqadı

Nəzərinizə çatdıraq ki, Vəhabilik firqəsi İslamda çox sonradan ortaya çıxmış, əsasəndə XVIII əsrdən sonra geniş vüsət alıb yayılmışdır. Onlar özlərini cəmiyyətə müxtəlif adlarla təqdim etsələr də, özlərini Peyğəmbər (s) sələfi (davamçısı) adlandırsalar da, etiqadları əsasən İbn Teymiyyə nəzəriyyələrinə söykənir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, İbn Teymiyyə Hz. Peyğəmbərdən (s) təqribən 600 il sonra dünyaya gəlmiş və XIV əsrin əvvəllərində dünyadan köçmüşdür.  Öz primitiv düşüncələrinə görə təqib olunan İbn Teymiyyə yaşadığı vaxtda düşüncələrini müsəlmanlar arasında genişləndirə bilmədi. Bu düşüncələr yalnız XVIII əsrdən sonra Səud krallığının qurulması, bu krallığın maddi imkanlarının genişlənməsi və Muhəmməd ibn Bəhhabın təbliğatı nəticəsində geniş vüsət aldı. Firqənin "Vəhabi" adlanmasının səbəbi də məhz Muhəmməd ibn Bəhhabın  adı ilə bağlıdır.

Vəhabi düşüncəsinin digər İslam təfəkkür məktəbləri ilə ziddiyyət təşkil etməsinin əsas səbəblərin biri də Qurani Kərim ayələrinin sırf zahirinə müraciət etmələri, bu barədə heç bir təfsir və təfəkkürü qəbul etməmələridir. Onlar iddia edirlər ki, Quran ayəsində necə zikr olunubsa o cür də qəbul edilməlidir. Artıq bunun keyfiyyət və necəliyi bizim idrakımızdan kənardır. Məsələn "Allah və mələkləri sıra ilə gələr" (Fəcr-22) ayəsinə  əsasən Allahın gələcəyini iddia edirlər, lakin bunun necə olacağını biz bilmərik deyirlər. Halbuki, bu cür tətcümə düzgün deyil. Əslində "Allahın əmri, qudrəti və mələklərin gələcəyi zaman..." kimi tərcümə olunmalıdır (Ziya bünyadov).

Təbii ki, onların bu cür iddiaları və bunulara cavabı heç bir halda qane edici deyildir. Çünki digər Quran ayələri və sağlam ağıl, həmçinin hədislər Vəhabilərin bu cür düşüncələrini təkzib edir. Çünki Allahın gəlməsi üçün, gələcəyi yer Ondan böyük və geniş olmalıdır ki, gələ bilsin (Allaha sığınıram).

Vəhabiliyin Mütəal Allah barəsində yanlış düşüncələrinin dügər nümunələrinə İbn Teymiyyə əsərərində çox rast gəlmək olur. Bunların birinə toxunan  Şeyx Əhməd Qəsir (شیخ اسد محمد قصیر) Alkawthartv.com-a verdiyi açıqlamada belə işarə edib buyurur:

"" Vəhabiyyə şeyxi İbn Teymiyyə özünün "Məcmul-fətəva" kitabında deyir: "Əgər Allah bir işə əncam vermək istəyərsə və bu işi yerinə yetirmək üçün vasitələrə ehtiyac olarsa, bu vasitələr gərək Allahda da olmuş olsun."