Allahla bağlı insanları düşündürən 2 ən mühüm suala gözəl cavab


Digərləri 28 İyl 2018 19:50:00 279 0

Allahla bağlı insanları düşündürən 2 ən mühüm suala gözəl cavab

Uzun illərdən bir çox şəxslərdən və alimlərdən verdiyi suala istədiyi cavabı almayan ateist bu dəfə həmin sualları daha bir alimə ünvanlayır.

Son.az islaminsesi.info-ya istinadən həmin sualı və cavabı təqdim edir.

Ateist: "Mənim sualım medalın iki üzü kimidir. Bir üzü belədir: Allah bütün kainatı yaratdı və Quranda da bundan bəhs olunar. Dağları yaratmağından və hey imtahanlardan bəhs edər. Mənim sualım belədir: Allah Adəm və Həvvanı yaratmazdan öncə bütün gələcəyi bilirdi və bilirdi ki, insan onun ümidlərini puç edəcək. İnsanların cəhənnəmə gedəcəyini və orada işgəncə görəcəklərini bilirdi. Qısaca, bütün kainatı yaratmazdan öncə nəticələri aydın idi. Cənnətə gedənlər heç, amma cəhənnəmə gedənlərə mane ola bilərdi. Təbii ki, yaratmazdan öncə bunu da bilər. Amma etmədi və öz məntiqi ilə yaratmağa davam etdi. Niyə Allah belə olacağını bilə-bilə onları yaratmağa davam etdi?

İkinci sualım isə belədir: Fərz edək ki, inandım, dedim ki, Allah ucadır və böyükdür. Niyə Allah hey Quranda israrla yaratdığı möcüzələrdən misal gətirir? Halbuki onlar yaratmaq Allah üçün adi bir məsələdir. Yəni, "Ol!" desə onun üçü həmin an olar. Niyə möcüzəli olsun ki, bütün bunlar Allah üçün heç bir şeydir. Niyə Allahın etdiklərinə heyrətlənməli və hörmət duymalıyıq?