Qızıl qiymətinə olan dombalan göbələyinin faydaları


Digərləri 28 İyl 2018 19:35:00 547 0

Qızıl qiymətinə olan dombalan göbələyinin faydaları

Kartofa bənzəyən bu qeyri-adi göbələk bütün dünyada ən bahalı və delikates məhsul sayılır.

Fransız aşpazları onu "məhsulların almazı" və ya "kral göbələyi" adlandırırlar.

Xaricdə dombalan (yerdombalanı) göbələyinin 1 kq-ın qiyməti (növündən və ölçüsündən asılı olaraq) bir neçə min dollara çata bilər. Fransa, İtaliya, İspaniya, ərəb ölkələrində bu göbələk xüsusilə tez-tez istifadə olunur və sevilir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, dombalan yalnız bahalı elit restoranlarda hazırlanır və əsasən az miqdarda olmaqla yeməklərə əlavə olunaraq bu yeməklərə qeyri-adi qoxu və dad bəxş edir.

Dombalan göbələyi dünayada çox az ölkələrdə yetişir. Bu ölkələrin arasında Azərbaycan da var. Lakin buna baxmayaraq bizdə dombalan demək olar  istifadə olunmur və hətta bir çoxumuz onun nə olduğunu da bilmirik.