Pambıqçıların zəhərlənməsi ilə bağlı aparılan araşdırma nə yerdədir? VİDEO


Digərləri 28 İyl 2018 19:36:00 265 0

Pambıqçıların zəhərlənməsi ilə bağlı aparılan araşdırma nə yerdədir?  VİDEO

Ölkədə bitkiləri məhv edən zərərli orqanizmlər xeyli azalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  bu barədə məlumat Dövlət Fitosanitar Xidməti tərəfindən Göygöldə keçirilən regional müşavirədə verilib.

"Respublika ərazisində aqrokimyəvi xidmətlərin təşkili və bitki mühafizəsi tədbirlərinin həyata kecirilməsində texniki təhlükəsizlik qaydaları" mövzusunda təşkil edilən müşavirədə kənd təsərrüfati mütəxəssisləri ilə yanaşı fermerlər də iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, ölkə ərazisində bitki örtüyünə ziyan vuran karantin və xüsusi təhlükəli zərərli orqanizimlərə qarşı mübarizə davam etdirilir. Bu tədbirlər nəticəsində külli miqdarda məhsul itkisinin qarşısı alınıb, zərərvericilərin yayılma arealı xeyli azalıb. Müşavirə zamanı fermerlərə torpaqların kompleks aqrokimyəvi analizlərində müasir texnologiya və üsulların tətbiqi, eləcə də pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları haqda məlumatlar verilib.


Xəbərə aid video