Bakıda bina tikintisinə görə poliklinika bağlanılıb?


Digərləri 28 İyl 2018 19:38:00 233 0

Bakıda bina tikintisinə görə poliklinika bağlanılıb?

Binəqədi rayonunda 27 min vətəndaşa xidmət edən poliklinika binasının başqa bir yerə köçürülməsi ərazidə yaşayanların narazılığına səbəb olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Binəqədi rayonunda, 6 -cı mikrorayonda yerləşən 27 saylı poliklinikadan gedir.

Artıq bir neçə aydır ki, həmin poliklinikanın 9-cu mikrorayon ərazisində yerləşən 9 saylı poliklinikanın yerləşdiyi binaya köçürülməsi sakinləri narahat edir. Əsasən yaşlı insanlar uzaq olduğundan və onların səhhətləri imkan vermədiyindən 9 saylı poliklinikaya getməkdə çətinlik çəkdiklərini bildirir.

Poliklinikanın pasiyentləri iddia edir ki, ərazinin yaxınlığında bina tikilir və elə həmin tikintiyə görə bu poliklinika köçürülüb və gələcəkdə burda da yaşayış binası tikiləcək.


Xəbərə aid video