Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində öz qruplarında birinci oldular


Digərləri 28 İyl 2018 18:53:00 312 0

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində öz qruplarında birinci oldular

İyulun 28-də "Beynəlxalq Ordu Oyunları - 2018" yarışları çərçivəsində "Tank biatlonu" müsabiqəsinə start verilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.


Xəbərə aid fotolar