Manchester United fransalı hücumçunu ingilis klublarına satmayacaq


İdman 28 İyl 2018 17:29:00 335 0

Manchester United fransalı hücumçunu ingilis klublarına satmayacaq

Manchester United futbolçusu Antoni Marsialı Tottenham-ə satmaqdan imtina edib. Goal.az xəbər verir ki,  klub rəhbərliiyi fransalı hücumçunu Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparan klublara satmamağa qərar verib. United Marsialı 70 milyon funt sterlinqə PSG və ya Bayern Munchen-ə satmağı düşünür. Gənc futbolçu ötən mövsüm Premyer Liqada 30 matçda 9 qol vurub, 5 qolun ötürməsini verib.