Lənkəranda mağazadan oğurluq edən 4 qadın kameralara düşüb


Digərləri 28 İyl 2018 16:16:00 238 0

Lənkəranda mağazadan oğurluq edən 4 qadın kameralara düşüb

Lənkəranda mağazadan oğurluq edən 4 qadın kameralara düşüb.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərindəki mərkəzi bazar ərazisindəki ticarət obyektində baş verib.

Geyim mağazanın sahibi Ramin Axundovun bildirdiyinə görə əvvəllər də mağazadan bəzi mallar əskik gəlirmiş. Bu səbəbdən mağazaya müşahidə kameraları quraşdırıb. Bu gün səhər saatlarında orta yaşlı dörd qadın azyaşlı uşaqları ilə birlikdə mağazaya gəlib: "Kamera çəkilişlərindən də göründüyü kimi bir qadın mağazanın bayır tərəfindəki piştaxtaya yaxınlaşaraq mallara göz gəzdirir. Sonra birini götürüb gözəyarı ölçür, sonradan yerinə qoyur. Bu zaman digər iki qadın alıcı qismində ora yaxınlaşır. Birinci qadın sıxlıqdan istifadə edərək həmən şalvarı yenidən götürür, digər qadına göstərirmiş kimi hərəkət edir və şalvarı əlindəki selofan torbaya qoyur. Eyni zamanda ikinci qadının götürdüyü malı da gizlədərir. Beləcə qadınlar mağazadan növbə ilə bir neçə məhsulu qanunsuz yolla çıxarırlar".