Мehriban Əliyeva: "Azərbaycanda batut gimnastikası və tamblinq üzrə dünya çempionatının keçirilməsi bu idman növünün daha da populyarlaşmasına və inkişafına kömək edəcək"
Siyasət 28 İyl 2018 16:18:19 221 0
Bakı 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə dünya çempionatını qəbul edəcək.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb FOTO
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi bu qərarı Ficidə keçirilən növbəti iclasında qəbul edib.
Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov iclasda iştirak edib.
Son üç ildə Azərbaycan paytaxtı "uçan" gimnastlar arasında iri startlara ev sahibliyi edib: 2016-2017-ci illərdə burada Dünya Kuboku yarışları, bu mövsümdə isə Avropa çempionatı keçirilib. Avropa çempionatı ölkəmizin idman həyatında parlaq hadisələrdən birinə çevrilib. Artıq 2021-ci ilin mundialını keçirmək də Bakıya həvalə olunub. Bu çempionat respublikada böyük yarışların təşkili işində yeni səhifə açacaq.
Çempionatın tarixi artıq məlumdur. O, yaş qrupları arasında batut üzərində tullanma üzrə Dünya Oyunları ərəfəsində - noyabrın 11-14-də keçiriləcək. "Uçan" gimnastlar üçün Bakı çempionatı Olimpiadadan sonra ən əhəmiyyətli yarış olacaq. Çempionatda həm adlı-sanlı, həm də gənc idmançılar yarışacaqlar.
FIG-in prezidenti Morinari Vatanabe İcraiyyə Komitəsinin qərarına münasibət bildirərək deyib: "Biz şadıq ki, böyük çempionatları əvvəllər idmanın bu növləri - batut üzərində tullanma və akrobatika üzrə dünya çempionatları keçirməyən ölkələrə etibar ediblər. Belə münasibət həmin idman növlərinin bu regionlarda inkişafına xidmət edir".
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva əmin olduğunu bildirib ki, ölkədə batut gimnastikası və tamblinq üzrə dünya çempionatının keçirilməsi bu idman növünün daha da populyarlaşmasına və inkişafına, habelə idman sahəsində beynəlxalq əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
Beləliklə, Azərbaycan idmanın gimnastika növü üzrə iki çempionatı birdən qəbul edəcək. 2019-cu ildə burada bədii gimnastika üzrə dünya forumu, 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə mundial keçiriləcək.
Lənkəranda mağazadan oğurluq edən 4 qadın kameralara düşüb.

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesovla bağ

Quba rayonunun Qonaqkənd kəndi ərazində güclü yanğın başlayıb.

Bakıda transla taksi sürücüsü arasında dava Son.az azxeber-e istinad

Bakı 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə dünya çempi

Azərbaycanda bir sıra dövlət qurumları balanslarında olan bəzi nəqliyyat

Rusiyalı müğənni, SSRİ xalq artisti, millət vəkili İosif Kobzon komaya d

30 iyul - 5 avqust tarixlərində İtaliyanın paytaxtı Romada güləş üzrə

Neftçi-nin heyət "təmizləməsində" ixtisara düşən Fransisko Qa

SOCAR neft-qaz hasilatının stabilləşməsi və artırılması istiqamətində

ASAN könüllülər Məktəbi ilə birlikdə "Yaşıl ASAN" layihəsi

"Jara" festivalı təşkilatçılığın yüksək səviyyədə olduğu, həvəsk

Manchester United Leicester City-nin müdafiəçisi Harri Maquayrı tr
