Stas Pyexa 14 ildən sonra Bakıda


Kriminal 28 İyl 2018 16:10:00 297 0

Stas Pyexa 14 ildən sonra Bakıda

"Jara" festivalı təşkilatçılığın yüksək səviyyədə olduğu, həvəskar və populyar müğənnilərin qatıldığı, geniş auditoriyaya malik möhtəşəm musiqi tədbiridir.

Son.az bildirir ki, bunu Trend-ə "Jara" festivalında ilk dəfə iştirak edən Rusiyanın tanınmış müğənnisi Stas Pyexa deyib.

S.Pyexa bildirib: "Bu festival bütün musiqi tədbirləri içərisində birinci olmağa layiqdir. Mənə hətta burada gül də hədiyyə etdilər (gülür). 14 ildən sonra mən Bakıdayam. Sözün düzü, buranı başqa cür təsəvvür edirdim. Azərbaycanın paytaxtı dünyanın böyük şəhərlərini xatırladır, burada arxitektura, muzeylər və qonaqpərvərlik var. Məmnuniyyətlə burada solo-konsert verərdim".