Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum olub


Dünya 28 İyl 2018 15:32:00 237 0

Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum olub

Ötən axşam həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum olub.

Son.az report-a istinadən xəbər verir ki, sabiq dövlət başçısı Ədliyyə Nazirliyinin "Yerevan-Kentron" penitensiar müəssisəsində saxlanılır.

Ermənistanın ombudsmanı Arman Tatoyan iyulun 28-də R.Koçaryana baş çəkib. O, sabiq prezidentlə söhbət edib, saxlanma şəraiti və rəftarla bağlı şikayətinin olub-olmadığını soruşub. Eks-prezident ciddi şikayətinin olmadığını söyləyib. 

R.Koçaryan bir sıra məsələlər qaldırıb. Ombudsman isə həmin məsələləri penitensiar müəssisənin rəhbərliyinə çatdırıb. Rəhbərlik isə sabiq dövlət başçısının qaldırdığı məsələləri həll edib.