Ermənistan Xaçaturovu KTMTnin baş katibi vəzifəsindən çıxarmağı təklif edib


Dünya 28 İyl 2018 15:25:00 238 0

Ermənistan Xaçaturovu KTMTnin baş katibi vəzifəsindən çıxarmağı təklif edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə təşkilatın baş katibi Yuri Xaçaturovun işdən çıxarılması və onun başqa şəxslə əvəz olunması prosesinə başlamağı təklif edib.

Son.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

"Bu, ciddi daxili hüquqi prosedurdur. Ermənistanda aparılan cinayət işi çərçivəsində işə Ermənistan vətəndaşı cəlb olunub. Nəzərə alsaq ki, söhbət KTMT-nin hazırkı baş katibindən gedir, Ermənistan KTMT üzrə tərəfdaşlara baş katibinin əvəzlənməsi prosesinə başlamağı təklif edib", - T.Balayan "İnterfaksa" bildirib.