Agentlik sədri: Fəaliyyətimizin təşkilində sahibkar çağırışlarına xüsusi önəm verəcəyik


Digərləri 28 İyl 2018 15:23:00 238 0

Agentlik sədri: Fəaliyyətimizin təşkilində sahibkar çağırışlarına xüsusi önəm verəcəyik

Fəaliyyətin səmərəsini sahibkarların Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətindən olan gözləntilərinin doğrulma səviyyəsi ilə müəyyən edəcəyik.

Bakı. Fəaliyyətin səmərəsini sahibkarların Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətindən olan gözləntilərinin doğrulma səviyyəsi ilə müəyyən edəcəyik. Trend-in məlumatına görə, bu fikirləri bu gün “Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili” mövzusunda keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov səsləndirib. Tədbiri iri müəssisələrlə kiçik və orta müəssisələr arasında əməkdaşlığın real nümunəsi, bu əlaqələrin qarşılıqlı faydalarının və KOB sektorunun inkişafı baxımından əhəmiyyətinin təzahürü kimi səciyyələndirən O.Məmmədov, bu müsbət təcrübənin öz pozitiv nəticələri ilə digər sektorlarda da tətbiq üçün stimullaşdırıcı rol oynayacağını vurğulayıb. Çıxışında Agentliyin yaradılmasını, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisi kimi qiymətləndirən O.Məmmədov qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər və perspektiv planları barədə geniş məlumat verib. Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı ölkə Prezidentinin məlum fərmanını KOB sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq tapşırıqları əhatə edən mühüm sənəd kimi səciyyəndirərək, hazırda Agentlik tərəfindən bu tapşırıqların keyfiyyətli icrası istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.