"Komanda oyundan-oyuna bütün komponentlərdə artırır"


İdman 28 İyl 2018 15:15:00 204 0

"Komanda oyundan-oyuna bütün komponentlərdə artırır"

Bakıdakı təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası son yoxlama oyununu keçirib. Goal.az xəbər verir ki, “Şüvəlan”la qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. U-19-un heyətində Emil Qasımov və İdris İnqilablı fərqlənib.

Bununla da toplanışı yekunlaşdıran yığmamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

“Bu oyunla təlim-məşq toplanışını yekunlaşdırdıq. Sabah bərpa məşqindən sonra futbolçular klublarına yola salınacaqlar. Təlim-məşq toplanışı başa çatdığına görə, bu oyunun analizini hər bir futbolçunun özünə göndərəcəyik. Rəqib Birinci Divizionun təcrübəli və güclü komandalarından biridi. Bu oyunu da toplanış çərçivəsində keçirdiyimiz digər qarşılaşmalar kimi qələbə ilə başa vurduq. Bütün futbolçularımdan razı qaldım. Onlar hər görüşə final oyunu kimi çıxdılar. Qələbə münasibəti ilə komandamı təbrik edirəm. Komanda oyundan-oyuna bütün komponentlərdə artırır, amma hücumda taktiki baxımdan görüləsi işlərimiz qalıb. Keçirdiyimiz bütün oyunlarda qollar vursaq da, bu istiqamətdə çalışmalıyıq. İrəlidə çox əhəmiyyətli turnirdə iştirak edəcəyik. Bütün futbolçulara çox ciddi tapşırıqlar verəcəyik. Onlar da öz növbəsində, klublarında mütləq əsas heyətin futbolçuları olmalıdırlar. Çox sükür ki, futbolçular toplanışı zədəsiz başa vurdular. Hamısına uğurlar arzulayıram. Daim nəzarətimiz altında olacaqlar”.