Bu il neft məhsullarının ixracında 19 faiz artım qeydə alınıb


Digərləri 28 İyl 2018 14:45:13 322 0

Bu il neft məhsullarının ixracında 19 faiz artım qeydə alınıb

Ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracı 18% artaraq 6,1 milyon tona yüksəlib.

Bakı. 2018-ci ilin ikinci rübündə xam neftin və neft məhsullarının ixracında əhəmiyyətli artım müşahidə olunub. SOCAR-dan Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracı 18% artaraq 6,1 milyon tona yüksəlib. Cari ilin iyun ayında xam neftin ixracı bir il əvvəlki dövrün müvafiq göstəricilərini 24% geridə qoyaraq 2,1 milyon tona qədər artıb.