Qarabağ britaniyalı hücumçu ilə maraqlanır


İdman 28 İyl 2018 14:33:00 276 0

Qarabağ britaniyalı hücumçu ilə maraqlanır

Djon Delarj və İnnosent Emeqaranı transfer edən Qarabağ hücum xəttinə daha bir namizədi nəzərdən keçirir. Goal.az xəbər verir ki, Britaniya mətbuatı Hart-ın forvardı Kayl Laffertinin adını QArabağ-la hallandırır. İddia olunur ki, Qarabağ Şimali İrlandiya millisinin üzvünün keçidi üçün şotlandlara yeni təklif göndərməyə hazırlaşır. Laffertinin xidmətlərində Rangers və Seoul da maraqlıdır. Rangers-in in baş məşqçisi Stiven Cerrard onu komandasına görmək niyyətindədir. Ancaq klubun 200 min funt-sterlinqlik təklifini Hart qəbul etməyib. Klub müqaviləsi gələn ilin yayına qədər olan oyunçunun transfer qiymətinin 750 min funt-sterlinq olduğunu açıqlayıb.

Ötən ildən Hart-ın şərəfini qoruyan Kayl Lafferi 2006-cı ildən Şimali İrlandiya millisinə çağırılır.