Bakıda ilk dəfə piknik festivalı keçirilib (FOTO)


Digərləri 28 İyl 2018 14:35:00 327 0

Bakıda ilk dəfə piknik festivalı keçirilib (FOTO)

“Təmiz Şəhər” ASC, ASAN könüllülər Məktəbi ilə birlikdə “Yaşıl ASAN” layihəsi çərçivəsində Böyükşor gölünün ətrafında piknik festivalı təşkil edib.

Bakı. “Təmiz Şəhər” ASC, ASAN könüllülər Məktəbi ilə birlikdə “Yaşıl ASAN” layihəsi çərçivəsində Böyükşor gölünün ətrafında piknik festivalı təşkil edib. ASC-dən Trend-ə verilən məlumata görə, 500-dən artıq insanın qatıldığı festivalın məqsədi ictimaiyyəti ətraf mühitin qorunması probleminə cəlb etməkdir. Asudə vaxtını səmərəli keçirmək istəyən yüzlərlə insan Böyükşor parkına axışaraq yaşıl ot üzərində aktiv istirahət ediblər. Tədbir zamanı uşaqlar üçün əyləncə meydançaları və batutlar quraşdırılıb, interaktiv viktorinalar və oyunlar təşkil olunub, sərinləşdirici içkilər və dondurmalar paylanılıb. İştirakçılara tullantıların idarəolunmasına dair geniş məlumat verilib, istirahət etdikdən sonra yaranan bərk məişət tullantılarının yığışdırılmasının nə dərəcədə önəmli olduğu diqqətə çatdırılıb.