Türkiyədə beynəlxalq turnirdə 4 güləşçimiz finala yüksəlib


Digərləri 28 İyl 2018 14:12:00 239 0

Türkiyədə beynəlxalq turnirdə 4 güləşçimiz finala yüksəlib

İstanbulda beynəlxalq turnirin ilk günündə 4 güləşçimiz finala yüksəlib

Bakı. İstanbulda sərbəst və qadın güləşi üzrə Olimpiya, Avropa və dünya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilir. Turnirin ilk günündə 57, 65, 74, 86 və 97 kiloqram çəki dərəcələrində sərbəst, 50, 55, 59, 65 və 72 kiloqram çəkidə isə qadın güləşçilər mübarizə aparıblar. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbek Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəliblər. Finalda təmsilçilərmiz müvafiq olaraq İran, ABŞ və İran idmançıları ilə qarşılaşacaq.