Qarabağ Çempionlar Liqası matçının hazırlığına başladı


İdman 28 İyl 2018 13:51:00 286 0

Qarabağ Çempionlar Liqası matçının hazırlığına başladı

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Kukesi" klubuna qarşı keçirəcəyi cavab matçının hazırlığına start verib. Goal.az xəbər verir ki, Ağdam təmsilçisi öz bazasında məşq edib. Yeni transferlər - konqolu Con Delarjla isveçrəli İnnosent Emeqara da hazırlığa qoşulublar.

Xatırladaq ki, "Qarabağ" - "Kukesi" görüşü avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk oyunu heç-heçə başa çatıb – 0:0.