Lənkəranda karantin Bəzi ərazilərə giriş qadağandır FOTO


Digərləri 28 İyl 2018 13:17:00 385 0

Lənkəranda karantin  Bəzi ərazilərə giriş qadağandır  FOTO

Ciddi ziyanverici aşkarlanıb.

Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə aparılıb.

Azərbaycan Respublikası ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) ikinci nəslinə  qarşı fitosanitar müşahidələrə və mübarizə tədbirlərinə start verilib. 

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, Nazirlik yanında Dövlət Fitosanitar Xidmətinin Lənkəran Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Darquba, Kərgəlan, Haftoni, Şağlaküçə, Girdəni, Zövlə və Velədi kəndləri ərazisində, eləcə də Liman qəsəbəsi ətrafında və Lənkəran-Astara magistralının kənarında ümumilikdə 680 hektar sahədə tut və çinar ağaclarında karantin tətbiq olunan Amerika ağ kəpənəyinə qarşı fitosanitar müşahidələr həyata keçirilib. Müşahidələr zamanı Girdəni, Zövlə və Lənkəran şəhər ərazisində ümumilikdə 100 hektar sahədə zərərvericinin 2-ci nəslinin 2-3 yaşlı tırtılları aşkar olunub. 19 iyul tarixində adı çəkilən zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb və 24 iyul tarixində başa çatıb. Dövlət hesabına həyata keçirilən mübarizə tədbirində Diflobezron tərkibli Xetenazon  preparatından (100 qr/1 ha) istifadə olunub.

Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir.


Xəbərə aid fotolar