Barcelona daha bir fransızla maraqlanır


İdman 28 İyl 2018 13:13:00 291 0

Barcelona daha bir fransızla maraqlanır

Barcelona-nın transfer siyahısına daha bir futbolçunun adı daxil olub. Goal.az xəbər verir ki, katalonlar Sevilla-nın futbolçusu Stiven Nzonzini transfer etmək istəyir. 29 yaşlı fransız futbolçunun buraxılış məbləği 40 milyon avrodur. Onun Paulinyonu layiqincə əvəz edəcəyi planlaşdırılır.  Barcelona daha öncə PSG-dən Adrian Rabyunu transfer etmək istəmiş, lakin Paris təmsilçisi ilə razılığa gələ bilməmişdi. Kataloniya klubu bir müddət əvvəl Sevilla-dan Kleman Lanqleni də transfer edib.