İstirahət gününün HAVAsı


Digərləri 28 İyl 2018 12:49:23 258 0

İstirahət gününün HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 23-26°, gündüz 31-35° isti, Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.