Lerikdə ər hamilə həyat yoldaşını döydü,


Digərləri 28 İyl 2018 12:50:00 340 0

Lerikdə ər hamilə həyat yoldaşını döydü,

Lerik rayonunda hamilə qadın döyülüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Orand kəndində baş verib. 

Həmin kəndin sakini 24 yaşlı Fərəcova Zakirə Məhərrəm qızı əri və qaynı tərəfindən amansızcasına döyülüb. Qadın aldığı xəsarətlərdən komaya düşüb. Bu barədə zərərçəkənin atası Daxili İşlər Nazirliyinin "102" Xidməti- Zəng Mərkəzinə məlumat verib.

Zərərçəkənin atasının bildirdiyinə görə, qızını bacısı oğluna ərə verib: "Bu hal birinci dəfə deyil ki, baş verir. Bundan əvvəl də oxşar hal baş verdiyindən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Lakin izahatı alındıqdan sonra sərbəst buraxılıb".


Xəbərə aid fotolar