Fitch: Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək


Digərləri 28 İyl 2018 12:17:00 302 0

Fitch: Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək

Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu proqnoz "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi tərəfindən təqdim edilib.

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu "BB+" səviyyəsində təsdiq edib.

Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq.

Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, Agentlik manatın sabit məzənnəsini qeyd edib.