BNA-dan sürücülərə müraciət: Qaydalara əməl etməyənlərə qarşı tədbirlər görüləcək


Digərləri 28 İyl 2018 11:51:00 289 0

BNA-dan sürücülərə müraciət: Qaydalara əməl etməyənlərə qarşı tədbirlər görüləcək

Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarına əməl edilməsi ilə bağlı sürücülərə müraciət edib.

Bakı. Elçin Mehdiyev - Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarına əməl edilməsi ilə bağlı sürücülərə müraciət edib. Agentlikdən Trend-ə daxil olan müraciətdə deyilir ki, vətəndaşa xidmət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində önəm verdiyi ən mühüm məqamlardandır. Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı da bu məqam əsas götürüləcək. Daha sonra müraciətdə bildirilir: “Səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilməkdədir. Məsələ ilə bağlı bir məqamı xüsusi ilə vurğulamaq istərdik. Məqsədimiz heç də ilk başdan sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq.