Xaçmazda qəza:


Digərləri 28 İyl 2018 11:12:00 303 0

Xaçmazda qəza:

Xaçmazda yol qəzasında 1 nəfər həyatını itirib.

Son.az-a FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunda "BMW" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbala oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.